BAKI, 27 sentyabr — Sputnik. Rusiya Hərbi Arxiv İdarəsi İkinci Dünya Müharibəsi dövründə əsir düşən 500 minə qədər sovet hərbçisi haqqında sənədlərin elektron sürətlərini alacaq. Bu barədə Sputnik Azərbaycan RİA Novosti-yə istinadən xəbər verir.
Məlumata əsasən bu sənədlərin əsasında onlayn baza yaradılacaq.
Qeyd olunur ki, belə bir bazanın yaradılması haqqında razılaşma Rusiya Hərbi Arxiv İdarəsi və Almaniya Federal Arxivi tərəfindən imzalanıb.