SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Rəsmi Tehran Vaşinqtonla danışıqlar üçün ilkin şərtini açıqlayıb

Ruhani: "Əgər biz ilkin şərtlərin ləğv olunduğu ana qədər yaşasaq, təbii ki ABŞ-la danışıqlar üçün imkan yaranacaq"
Sputnik

BAKI, 27 sentyabr — Sputnik. Əgər Birləşmiş Ştatlar prezidenti Donald Tramp sanksiyaları ləğv edib və Tehrana qarşı maksimum təzyiq siyasətini dayandıracağı təqdirdə İran ABŞ-la danışıqlar aparacaq. Sputnik Azərbaycan "İrna.ru"-ya xəbər verir ki, bunu Nyu-Yorkda jurnalistlərin suallarını cavablandırarkən bildirib.

"Amerikanın ilkin şərti bundan ibarətdir ki, əvvəlcə İran xalqına qarşı sanksiyalar reallaşdırılmalı və maksimum təzyiq göstərilməli, daha sonra ABŞ danışıqlara başlayacaq. Biz deyirik ki, bu yanlış şərtdir. Bu şərt danışıqlar masasından yığışdırılmalıdır. Əgər biz ilkin şərtlərin ləğv olunduğu ana qədər yaşasaq, təbii ki ABŞ-la danışıqlar üçün imkan yaranacaq", - deyə Ruhani vurğulayıb.