CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

"Qafqaz Qartalı - 2019": şərti terrorçuları ələ keçirdilər - FOTO

Xüsusi təyinatlılar terrorçular olan binanın həmlə ilə zəbt edilməsi, eləcə də şərti düşmənin hava hücumundan müdafiə vasitələrinin sıradan çıxarılması üzrə tapşırıqları yerinə yetiriblər
Sputnik

BAKI, 27 sentyabr — Sputnik. Azərbaycan, Türkiyə və Gürcüstan xüsusi təyinatlı qüvvələrinin iştirakı ilə keçirilən "Qafqaz Qartalı - 2019" təliminin növbəti mərhələsi icra olunub.

Müdafiə Nazirliyindən Sputnik Azərbaycan-a verilən məlumata görə, bu mərhələdə xüsusi təyinatlılar terrorçular olan binanın həmlə ilə zəbt edilməsi, eləcə də şərti düşmənin hava hücumundan müdafiə vasitələrinin sıradan çıxarılması üzrə tapşırıqları yerinə yetiriblər. Fəaliyyətlər aviasiyanın dəstəyi ilə həyata keçirilib.