MƏDƏNİYYƏT

“LiFFt” festivalı Azərbaycan üçün niyə əhəmiyyətlidir - Varis Yolçuyev danışır

III “LiFFt” festivalının qalibi Varis Yolçuyev deyir ki, bu festivalın Azərbaycan ədəbiyyatına böyük faydası olacaq
Sputnik

Sentyabrın 30-dan oktyabrın 4-dək Bakıda IV “LiFFt” Avrasiya Ədəbiyyat Festivalı keçiriləcək. Festival təşkilatçıları Avrasiya Millətlər Assambleyası və Rusiya Federasiyasının "LiFFt" Beynəlxalq Humanitar Fondudur. Layihənin Azərbaycan tərəfdən təşkilatçısı Heydər Əliyev Fondu, tərəfdaşı Azərbaycan Mədəniyyət Nazirliyi, nazirliyin “Söz” ədəbi layihəsi və Bakı Kitab Mərkəzidir.

III “LiFFt” festivalının qalibi Varis Yolçuyev Sputnik Azərbaycan-a deyir ki, bu festivalın Azərbaycanda keçirilməsinin böyük əhəmiyyəti var:

“Tarixdə ilk dəfədir ki, Azərbaycana bu qədər yazıçı gələcək. Festival BMT-nin himayəsi altında keçirilir. Festivalda ədəbiyyatın bütün mövzuları üzrə 7 plenar iclas olacaq. Ümumilikdə bu festivalın Azərbaycan ədəbiyyatına böyük faydası olacaq. Ən böyük fayda isə ondan ibarətdir ki, belə tanınmış yazıçıların Azərbaycanın xeyirinə bir cümlə danışsa, bu, bizim üçün çox böyük dividentdir”.

Varis Yolçuyevin geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz