SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Əli Əhmədov: "Danışıqlar ərəfəsində Ermənistan bu və ya digər formada təxribatlar törədir"

"Artıq Ermənistan tərəfinin bütün arqumentləri bitib. Onlar çalışırlar ki, müxtəlif təxribatlar törətməklə, o cümlədən insanların tələf olması kimi cinayətləri törətməklə danışıqları pozsunlar"
Sputnik

BAKI, 26 sentyabr — Sputnik. Azərbaycan hərbi qulluqçusunun qətlə yetirilməsinə görə Ermənistan tərəfini qəti şəkildə qınayırıq.

Sputnik Azərbaycan bildirir ki, bunu jurnalistlərə açıqlamasında Baş nazirin müavini, YAP sədrinin müavini - İcra katibi Əli Əhmədov deyib.

On beş günə məzuniyyətə gələcəkdi, nəşini gətirdilər - FOTO

Onun sözlərinə görə, iki tərəf arasında danışıqlar ərəfəsində Ermənistanın bu və ya digər formada təxribatlar törətmısi birinci hal deyil:

“Məqsəd danışıqlar prosesinə ziyan vurmaq və pozulmasına nail olmaqdır. Artıq Ermənistan tərəfinin bütün arqumentləri bitib. Onlar çalışırlar ki, müxtəlif təxribatlar törətməklə, o cümlədən insanların tələf olması kimi cinayətləri törətməklə danışıqları pozsunlar. Beləliklə də status-kvonun ömrünü uzatmağa çalışırlar”.

Ə.Əhmədov vurğulayıb ki, beynəlxalq ictimaiyyət bunu kəskin tənqid edir: “Azərbaycan tərəfi qəti şəkildə dəfələrlə bəyan edib ki, biz münaqişənin dinc yolla həll olunmasının tərəfdarıyıq. Amma bu şərtlə ki, münaqişənin həll olunması üçün Ermənistan tərəfi konstruktiv mövqe nümayiş etdirsin. Əgər onlar belə mövqeni bundan sonra da davam etdirsələr, Azərbaycan öz təbii hüququndan istifadə edərək və malik olduğu möhtəşəm gücə arxalanaraq ərazi bütövlüyünü təmin etmək üçün ən təsirli tədbirlərini görəcək”.

Baş nazirin müavini əlavə edib ki, ATƏT-in Minsk qrupu yumşaq şəkildə desək, öz missiyasını həyata keçirmək üçün lazımi fədakarlığı göstərə bilmir.