RUSİYA

Rusiyada daha bir təyyarə insidenti: xəsarət alanlar var

"Boeing 767-300" markalı təyyarə sərt eniş edib. Xeyli xəsarət alan olsa da, yalnız bir nəfər xəstəxanaya yerləşdirilib
Sputnik

BAKI, 26 sentyabr — Sputnik. Rusiyanın Barnaul şəhərində "Azur Air" aviaşirkətinə məxsus "Boeing 767-300" markalı təyyarə sərt eniş edib. Bu barədə Sputnik Azərbaycan "RİA Novosti"yə istinadən xəbər verir.

Hadisə nəticəsində 56 nəfər xəsarət alıb. Xəsarət alanlardan biri xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırmalar aparılır.