2020 UEFA Avropa futbol çempionatının seçmə mərhələsində Slovakiya-Uels matçı boş tribunalarda keçirilməyəcək. UEFA-nın saytının yaydığı məlumata görə, Avropa Futbol Assosiasiyaları İttifaqı (UEFA) Slovakiya Futbol Assosiasiyasının (SFZ) müraciətini təmin edib.
Sentyabrın 9-da Budapeştdə Macarıstan millisinə qarşı matç zamanı azarkeşlərin irqçi davranışlarına görə UEFA SFZ-nin 20 min avro cərimə olunduğunu, milli komandanın isə növbəti ev oyununu tamaşaçısız keçirməli olacağını bildirib.
Slovakiya komandası uelsiləri oktyabrın 10-da Trnavada qəbul edəcək.
Bildirilir ki, Slovakiya Futbol Assosiasiyasının şikayəti təmin edilib, cərimənin məbləği 15 min avroya endirilib və oyunu boş tribunalarda keçirmək qərarı ləğv edilib.
Uels Futbol Assosiasiyası da UEFA-nın ilkin qərarından məyus olduğunu bildirib.