CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Nazir ona daha yüksək vəzifə verdi

Hazırda "Dost İş Mərkəzi" MMC-nin direktor vəzifəsini Niyazi Rəhimovun müavini Firudin Cəbrayılov icra edir
Sputnik

BAKI, 25 sentyabr — Sputnik. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinə məxsus "Dost İş Mərkəzi" MMC-nin direktoru Niyazi Rəhimov nazirliyin aparat rəhbərinin müavini təyin olunub.

Bu barədə Sputnik Azərbaycan-a nazirliyin mətbuat xidmətinin rəhbəri Fazil Talıblı məlumat verib. "Dost İş Mərkəzi" MMC-nin direktor vəzifəsini Niyazi Rəhimovun müavini Firudin Cəbrayılov icra edir.

Xatırladaq ki, "Dost İş Mərkəzi" ötən il dekabrın 26-da yaradılıb. Şirkət adıçəkilən nazirliklə eyni hüquqi ünvanda - Bakı şəhəri, Yasamal rayonu, Salatın Əsgərova küçəsi, 85-də 1000 manat nizamnamə kapitalı ilə dövlət qeydiyyatına alınıb.