SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Məmmədyarov: “Azərbaycanda dərin islahatlara hazırlıq gedir”

“Ümumilikdə, əlverişli iş mühiti və məqsədyönlü islahatlar biznes və investorlar üçün əlavə imkanlar təmin edəcək”
Sputnik

BAKI, 25 sentyabr — Sputnik. "Azərbaycan iqtisadiyyatının inkişafı üçün strateji yol xəritələri iqtisadi islahatları daha da dərinləşdirəcək".

Sputnik Azərbaycan "Report"a istinadla xəbər verir ki, bunu Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarov Nyu-York şəhərində keçirilən “2019 Xəzər Biznes Forumu”nda deyib.

Azərbaycanda ilk dəfə aqrar və yaşıl texnologiyalar üzrə beynəlxalq forum olacaq

"İqtisadiyyatın şaxələndirilməsi və qeyri-neft sektorunun inkişafı hökumətimizin əsas uzunmüddətli hədəflərindəndir. Milli iqtisadiyyatın inkişafı üçün strateji yol xəritələri iqtisadi islahatları daha da dərinləşdirəcək.

Həmin islahatlar üzərində işlərin qurulması və iqtisadiyyatın rəqabət qabiliyyətini və dayanıqlılığını artırmaq üçün növbəti mərhələ kimi 2021-2025-ci illəri əhatə edən daha dərin iqtisadi islahat proqramının hazırlanmasına başlanılıb.

Ümumilikdə, əlverişli iş mühiti və məqsədyönlü islahatlar biznes və investorlar üçün əlavə imkanlar təmin edəcək", - Məmmədyarov deyib.