MƏDƏNİYYƏT

Mehriban Əliyevadan Əməkdar artistə böyük hədiyyə

“Mənim qoca və xəstə anamın sevinc göz yaşları üçün sizə xüsusilə minnətdaram. Sizi çox sevirəm, gözəl ürəkli insan”
Sputnik

BAKI, 25 sentyabr — Sputnik. Birinci vitse-prezident Mehriban Əliyeva Əməkdar artist Şəlalə Şahvələdqızına ev hədiyyə edib.

Sputnik Azərbaycan xəbər verir ki, bu barədə aktrisa özü məlumat yayıb: "Göstərdiyi diqqətə və qayğıya, məni iki otaqlı mənzillə təmin etdiyinə görə Azərbaycanın birinci xanımı, Birinci vitse-prezidentimiz Mehriban xanım Əliyevaya ürəkdən təşəkkür edirəm. Əziz və sevimli Mehriban xanım, siz mənim illər uzunu ən böyük problemimi - evsizliyi həll etdiniz. Mənim qoca və xəstə anamın sevinc göz yaşları üçün sizə xüsusilə minnətdaram. Sizi çox sevirəm, gözəl ürəkli insan. Artıq Şəlalə Şahvələdqızının da öz evi var, dostlar. Hamınızın arzularınıza çatması diləyi ilə".

Mehriban Əliyevadan Əməkdar artistə böyük hədiyyə

Qeyd edək ki, Şəlalə Şahvələdqızı 1996-cı ildəт Akademik Teatrın aktrisasıdır. 2004-cü ildə Gənclər, İdman və Turizm Nazirliyi tərəfindən "İlin ən yaxşı aktrisası" nominasiyası üzrə mükafatlandırılıb. 2011-ci ildə Moskvada Beynəlxalq teatr məktəbinin aktyor sənəti üzrə ali kursunun məzunudur. 9 may 2012-ci il tarixində aktrisaya Azərbaycan Respublikasının Əməkdar artisti fəxri adı verilib.