Ukrayna milli komandası 2020 UEFA Avropa futbol çempionatının final hissəsinə çıxacağı təqdirdə, qrup mərhələsinin oyunlarını Sankt-Peterburqda oynaya bilməyəcək. Bu barədə UEFA-nın rəsmi saytına xəbər verilir.
AVRO-2020-nin final hissəsi 12 iyun-12 iyul tarixlərində Avropanın 12 şəhərində baş tutacaq. Sankt-Peterburq turnirin 4 qarşılaşmasına – "B" qrupunun üç oyununa və 1/4 final oyunlarından birinə ev sahibliyi edəcək.
AVRO-2020-nin final hissəsinin püşk atma qaydalarına görə Rusiya və Ukrayna milli komandaları eyni qrupda ola bilməzlər. Bu da Ukrayna komandasının "B" qrupuna düşmə ehtimalını istisna edir. Lakin, Ukrayna milli komandası 1/4 finala yüksəlsə, onun iştirakı ilə matç Peterburqda keçirilə bilər.
AVRO-nun final hissəsinin püşkü atılarkən qrupdan çıxmaları halında Ermənistan və Azərbaycan komandaları müxtəlif qruplara salınacaqlar, Kosovo komandası nə Serbiya nə də Bosniya və Herseqovina ilə oynaya biləcək, İspaniya komandası isə Cəbəllütariq komandası ilə oynamayacaq.