BAKI, 24 sentyabr — Sputnik. Səhiyyə Nazirliyi salonunda məişət əşyaları daşıyan Təcili və Təxirəsalınmaz Tibbi Yardım avtomobilləri barədə məlumat yayıb.
Nazirlikdən Sputnik Azərbaycan-a verilən xəbərdə bildirilir ki, bəzi KİV-lərin yaydığı salonuna məişət əşyaları yüklənən Tibbi Yardım avtomobili Səhiyyə Nazirliyinə məxsus deyil: "Səhiyyə Nazirliyinin Təcili Tibbi Yardım avtomobillərinin hər birinin üzərində bort nömrəsi var, yayılan şəkildəki avtomobilin üzərində bort nömrəsi yoxdur. Səhiyyə Nazirliyinə məxsus Təcili Tibbi Yardım avtomobillərinin arxa qapılarının üzərindəki xətlər qırmızı rəngdədir, şəkildəki avtomobilin arxa qapılarının üzərindəki xətlər göy rəngdədir. Avtomobil Bakı şəhərində fəaliyyət göstərən başqa klinikalara məxsus ola bilər".