BAKI, 24 sentyabr — Sputnik. Türkiyə ona sərf edən şərtlər əsasında Rusiyadan beşinci nəsil "Su-57" tipli qırıcıları ala bilər. Sputnik Azərbaycan RİA Novosti-yə istinadən xəbər verir ki, bunu Nur-Sultanda Avrasiya ölkələrinin parlament spikerlərinin dördüncü iclasında iştirak edən Türkiyə parlamentinin sədri Mustafa Şəntop bildirib.
"Niyə də yox? Təbii ki, hər bir ölkənin müdafiə sənayesində öz ehtiyacları var. Xatırlayırsınızsa, "S-400"lərlə də bağlı belə bir vəziyyət yaranmışdı. Türkiyə öz müdafiəsi üçün istənilən vasitəni sərfəli şərtlərlə ala bilər. Bu vasitələr həm Rusiyadan, həm də üçüncü ölkədən alına bilər", - deyə Şentop RİA Novosti-nin sualını cavablandırarkən bildirib.
Qeyd edək ki, avqustun 27-də Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan rusiyalı həmkarı Vladimir Putinlə birgə "MAKS – 2019" aviasərgisinə qatılıb. Vurğulanır ki, Türkiyə prezidenti Rusiya istehsalı olan "Su-35" və "Su-57" qırıcıları ilə maraqlanıb və prezidentlər bu mövzuya danışıqlar zamanı da toxunublar. Ərdoğan bəyan edib ki, Türkiyə və Rusiya "Su-57"nin tədarükü ilə bağlı danışıqlar aparır.