CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Azərbaycanlı respondentlər optimistdirlər - SORĞU

Pensiyanın minimum məbləğinin 25 faiz artırılaraq 200 manat olması respondentlərin 56.8 faizi tərəfindən müsbət, 36.3 faizi yaxşı, 3.5 faizi neytral, 2 faizi pis, 1.3 faizi isə çox pis qiymətləndirib
Sputnik

BAKI, 24 sentyabr - Sputnik. Bu gün Sosial Tədqiqatlar Mərkəzinin fəaliytətinin 8 ayına həsr olunan hesabat təqdim olunub. Sputnik Azərbqycan-ın xəbərinə görə, hesabatda respondentlərin qatıldıqları sorğuların nəticələri açıqlanıb.

Şad xəbər gəldi – Artıq pensiya üçün yığdığınız pul “öz-özünə” artacaq

Tədbiri giriş sözü ilə açan mərkəzin rəhbəri, millət vəkili Zahid Oruc qarşıda duran məqsədlərdən danışıb. Mərkəzin fəaliyyəti, nizamnamə və vəzifələri, dövlət vətəndaş əlaqələri, rəqəmsallaşma haqda söz açıb. O bildirib ki, mərkəzin fəaliyyət göstərdiyi 8 ay ərzində k eçirilən ictimai rəy sorğusunda ümumilikdə 1212 respondent iştirak edib. Bəlli olub ki, sorğu zamanı respondentlərin seçimi prosesində çoxpilləli klaster seçmə metodundan istifadə edilib. 101 klaster üzrə şəhər, rayon mərkəzi və kəndlərdən ümumilikdə 1212 nəfər seçilib. Hər evdəki respondent "sonuncu ad günü" prinsipi ilə müəyyən edilib. Tədqiqatlar 7 iqtisadi rayon üzrə 25 şəhər, 76 rayon və kənddə aparılıb. Sorğuda iştirak edənlərin 23.3 faizi təqaüdçülər olub.

Sorğuda iştirak edənlərin 50.6 faizi kişi,49.4 faizi isə qadın olub. Onları n 50.1 faizi tam orta təhsil, 23.3 faizi ali təhsilli şəxslər olub.

Sorğular isə müxtəlif istiqamətləri əhatə edib.

Əmək haqqı, pensiya və minimum aylıq əmək haqqının artırılması istiqamətində prezident sətəncamlarına ictimai münasibət öyrənilib.

Bəlli olub ki, sorğuda iştirak edənlərin 46.1 faizi prezident tərəfindən iyunda pensiyaların minimum məbləğinin 25 faiz artırılaraq 200 manat olması ilə bağlı sərəncama "çox məlumatım var" cavabını qeyd ediblər. Məlumatlı olmayanların sayı isə 8 olub. Sorğu nəticəsində bəlli olub ki, əhali arasında məlumatlılıq səviyyəsi yüksəkdir.

Pensiyalarda artım inflyasiyaya səbəb olacaqmı - iqtisadçı açıqladı

Bəlli olub ki, minimum əmək haqqının artırılaraq 250 manat olması haqda respondentlərin əksərriyəti, yəni 80.2 faizi televiziyadan məlumat alıb.

Sorğuda həmçinin iyunda imzalanan sərəncama da münasibət öyrənilib. Bəlli olub ki, pensiyanın minimum məbləğinin 25 faiz artırılaraq 200 manat olması respondentlərin 56.8 faizi tərəfindən müsbət, 36.3 faizi yaxşı, 3.5 faizi neytral, 2 faizi pis, 1.3 faizi isə çox pis qiymətləndirib.

Bundan başqa, müəllimlərin də maaşlarının 20 faiz artırılmasına da münasibət öyrənilib. Məlum olub ki, onların 55 faizi bu artımı çox yaxşı, 38 faizi isə yaxşı qiymətləndirib.

Minimum əmək haqqının artırılması respondentlərin 33 faizinin özünü, 35 faizinin isə ailəsini əhatə etdiyi bəlli olub. Bəlli olub ki, respondentlərin 62.2 faizi artımların özünün və ailəsinin maddi vəziyyətini yaxşılaşdıracağına inandığını bildirir.

Demək olar ki, sorğuda iştirak edən respondentlərin əhəmiyyətli hissəsi (43%) əhalinin alıcılıq qabiliyyətinin, hakimiyyət orqanlarına etimad və hörmətin artacağına (40%) inanır. Sorğuda iştirak edənlərin 67 faizi əhalinin həyat səviyyəsinin artacağına inandığını deyib.

Yüz minə yaxın şəxsin pensiyası artıb

Respondentlərin əksəriyyəti (75%) artımların mənfi təsirinin olmayacağını bildirib. Artımların mənfi təsirlərinin olacağına inananlar isə 25 faiz olub.

Mənfi təsirlərin olacağını düşünən 298 respondentərin əksəriyyəti, 92 faizi artımların bahalaşmaya səbəb olacağını düşünür. Bu nəticənin isə ciddi narahatlıq doğurduğu qeyd olunub. Hesabatda qeyd olunub ki, qiymət artımını gözləyən respondentlərin əksəriyyəti antiinhisar və rəqabət mexanizmlərinin gücləndirilməsi ilə bağlı ciddi gözlənti içərisindədir.

Sorğuda iştirak edən respondentlərin 78.9 faizi islahatların uğurlu olmasının 78.9 faizinin millət vəkilindən asılı olduğunu bildirib. Respondentlərin 25.2 faizi dövlət qurumlarının laqeyd yanaşmasını islahatların uğuruna mane olan faktor kimi qiymətləndirib.