BAKI, 24 sentyabr — Sputnik. Şamaxıda ağır yol nəqliyyat hadisəsi baş verib. Bu barədə Sputnik Azərbaycan-a Səhiyyə Nazirliyindən məlumat verilib.
Xəbərdə bildirilir ki, qəza nəticəsində iki kişi (39, 31 yaş ) ağır xəsarət alaraq kritik vəziyyətdə Şamaxı MRX-ya çatdırılıb. Ağır kəllə beyin travması ilə xəstəxanaya gətirilən 39 yaşlı kişinin həyatını xilas etmək mümkün olmayıb. Kritik vəziyyətdə olan digər yaralının vəziyyəti bir qədər stabilləşdirildikdən sonra onu paytaxtda yerləşən özəl klinikalardan birinə köçürmək qərarına gəliblər.
Hazırda onun müalicəsi özəl klinikada davam etdirilir.