BAKI, 24 sentyabr — Sputnik. Qarabağ münaqişəsinin həll olunmaması Qafqaz regionunda Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) üzv ölkələrin təhlükəsizliyi üçün əsas təhdid olaraq qalmaqdadır. Sputnik Ermənistan xəbər verir ki, bunu KTMT-nin Birləşmiş Qərargahının rəisi Anatoli Sidorov bildirib.
Onun sözlərinə görə, hazırda münaqişənin siyasi yolla nizamlanması aktivləşib, lakin münaqişə zonasında atəşin kəsilməsi üçün hələ görüləcək çox iş var: "Bu, baş verməyənə qədər Qarabağ münaqişəsi regional təhlükəsizlik üçün əsas təhdid mənbəyi olaraq qalacaq".