BAKI, 24 sentyabr — Sputnik. Rusiyanın Liberal Demokrat Partiyası (LDPR) rəsmi bayramların sayını üçə endirərək əvəzində məzuniyyət günlərinin sayını artırmağı təklif edib.
Sputnik AzərbaycanRİA-Novosti-yə istinadən bildirir ki, bu barədə partiyanın lideri Vladimir Jirinovski bildirib.
"LDPR rəsmi bayramların sayının üçə - 1 Yanvar, 9 May və 12 İyun - endirilməsinin tərəfdarıdır. Digər istirahət günlərinin hesabına isə vətəndaşların məzuniyyətlərini artıra bilərik. İnsanlar onlar üçün münasib zamanda istirahət etməlidirlər", - Jirinovski Twitter-də yazıb.