RUSİYA

Polis məktəbdə kütləvi qətliamın qarşısını alıb

Bu günlərdə polisə məlum olub ki, şagirdlərdən biri məktəb zorakılığı mövzusu ilə maraqlanıb və soyuq silahı və əldəqayırma partlayıcı maddənin tətbiqi ilə hücum planlaşdırır
Sputnik

BAKI, 24 sentyabr — Sputnik. Rusiyanın Kirov şəhərində məktəblərdən birində kütləvi qətliamın qarşısı alınıb. Sputnik Azərbaycan "RİA Novosti"yə istinadən xəbər verir ki, bunu Rusiya Daxili İşlər Nazirliyinin ekstremizmə qarşı idarəsinin rəhbərinin müavini Vladimir Makarov bildirib.

O deyib ki, bu günlərdə polisə məlum olub ki, şagirdlərdən biri məktəb zorakılığı mövzusu ilə maraqlanıb və soyuq silahı və əldəqayırma partlayıcı maddənin tətbiqi ilə hücum planlaşdırır.

Hələlik məsələ ilə bağlı digər təfərrüatlar açıqlanmır.