BAKI, 24 sentyabr — Sputnik. Rusiyanın hava hücumundan müdafiə sistemləri bu ölkənin Suriyadakı Xmeymim hərbi bazasına yaxınlaşmaqda olan hücum planlaşdıran iki hücum pilotsuz uçan aparatı vurub. Sputnik Azərbaycan Rusiya KİV-nə istinadən xəbər verir ki, Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi, general-leytenant İqor Konaşenkov insidentin detallarını açıqlayıb.
Onun sözlərinə görə, pilotsuz uçan aparatlardan birinin uçuş radiusu 150 kilometrdir. Aparatın uçuş hündürlüyü isə 4 kilometr yüksəkliyə qədər çata bilər.
"Bu, olduqca ciddidir", - deyə general-leytenant vurğulayıb.
Konaşenkov vurğulayıb ki, uçuş aparatlarının yaradıcıları xüsusi təhsil tələb edən çətin texniki həll yolundan istifadə ediblər.