BAKI, 23 sentyabr — Sputnik. “Environmental Working Group” qeyri-kommersiya təşkilatında çalışan alimlər bildiriblər ki, suyun tərkibindəki zərərli maddələr elə təkcə Amerikada 100 min nəfərdə xərçəng xəstəliyinin yaranmasına səbəb ola bilər.
Sputnik Azərbaycan Phys.org saytına istinadən xəbər verir ki, bədxassəli şişin yaranma təhlükəsi daha çox tiryəklə, dezinfeksiya məhsullarının yan təsirləri, eyni zamanda uran və raduium kimi radioaktiv maddələrlə bağlıdır.
Yeraltı sulardan istifadə edən su təchizatı sistemləri xüsusilə təhlükəlidir.
Çirklilik yolverilən dərəcədə olsa da, uzun müddət ərzində onun təsiri insan səhhətinə ziyan da vura bilər.