Türk ordusu İraqda iki şəhid verdi

İraqın şimalında hərbi konvoyun keçdiyi ərazidə PKK terror təşkilatı tərəfindən hazırlanan partlayıcı qurğu işə düşüb
Sputnik

BAKI, 23 sentyabr — Sputnik. İraqın şimalında Türkiyə ordusunun iki əsgəri şəhid olub. Sputnik Türkiyə xəbər verir ki, bu barədə Türkiyə Müdafiə Nazirliyi məlumat yayıb.

Məlumatda qeyd olunur ki, İraqın şimalında hərbi konvoyun keçdiyi ərazidə PKK terror təşkilatı tərəfindən hazırlanan partlayıcı qurğu işə düşüb. Hadisə nəticəsində Türkiyə Silahlı Qüvvələrinin iki əsgəri şəhid olub.

Türkiyə Müdafiə Nazirliyi bölgədə əməliyyatların davam edəcəyini bildirib.