Baxçalının vəziyyəti pisləşdi, xəstəxanaya apardılar

MHP sədrinin köməkçisi Semih Yalçın məlumatı təsdiqləyib. O, Baxçalının beyin qanaması keçirməsinə dair iddialara cavab verib
Sputnik

BAKI, 23 sentyabr — Sputnik. Türkiyə Milliyyətçi Hərəkat Partiyasının (MHP) sədri Dövlət Baxçalı Ankarada xəstəxanaya yerləşdirilib. Sputnik Azərbaycan "Anadolu" agentliyinə istinadən xəbər verir ki, MHP sədrinin köməkçisi Semih Yalçın da məlumatı təsdiqləyib.

O, Baxçalının beyin qanaması keçirməsinə dair iddiaları da yalanlayıb: "Onun şüuru özündədir. Partiya sədrimizin səhhəti yaxşıdır".