CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Bakıda “Qırmızı kitaba” düşən ağacın dibini betonladılar

Əraziyə keçirilən baxış zamanı Eldar şamı ağacının dibinin betonlandığı və budağının kəsildiyi məlum olub
Sputnik

BAKI, 23 sentyabr — Sputnik. Ekologiya və Təbii Sərvətlər Nazirliyinə Səbail rayonu, Badamdar qəsəbəsi, İqor Ağayev küçəsi, 3 ünvanında ağacın dibinin betonlanması ilə bağlı daxil olan məlumat əsasında sözügedən ünvana baxış keçirilib.

Bakıda “Qırmızı kitaba” düşən ağacın dibini betonladılar

Nazirliyin Mətbuat xidmətindən Sputnik Azərbaycan-a verilən məlumata görə, əraziyə keçirilən baxış zamanı Eldar şamı ağacının dibinin betonlandığı və budağının kəsildiyi məlum olub. Araşdırma zamanı ağacın dibini betonlayan və budağını kəsən şəxsin həmin ünvanda yaşayan Fərdi Mirzəyev olduğu müəyyən edilib. Faktla bağlı təqsirkar barəsində akt və protokol tərtib olunub və ağacın dibi betondan təmizlənib.