Qətliam kimi qəzada 26 nəfər öldü

Skardu dairəsindən Ravallindi şəhərinə yollanan avtobusun qəzaya uğraması nəticəsində 26 nəfər həlak olub, 12 nəfər xəsarət alıb.
Sputnik

BAKI, 22 sentyabr — Sputnik. Pakistanın Gilgit regionunda sərnişin avtobusu yol kənardında torpğa çırpılıb.

Sputnik Azərbaycan-ın Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, Skardu dairəsindən Ravallindi şəhərinə yollanan avtobusun qəzaya uğraması nəticəsində 26 nəfər həlak olub, 12 nəfər xəsarət alıb.

Bildirilir ki, xəsarət alanlar Çilas şəhərinin xəstəxanasına yerləşdiriliblər.

Məlumata əsasən, qəza səbəb sürücünün idarəetməni itirməsi olub.