BAKI, 22 sentyabr — Sputnik. Mingəçevirin “Energetik” yaşayış massivində şəhər sakini, 1981-ci il təvəllüdlü Rəna Allahverdiyevanı kürək nayihəsindən zəhərli həşərat sancıb.
Sputnik Azərbaycan-ın APA-ya istinadla məlumatına görə, hadisə ərazidəki fərdi təsərrüfatlardan birində baş verib.
Ciddi narahatlıq keçirən və halsizlaşan R.Allahverdiyeva xəstəxanaya yerləşdirilib. Həşəratın sancması qadında həm də alergik şok yaradıb.