CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Təhlükə sovuşdu – Gəmilərə “yaşıl işıq” yandırıldı

Hazırda dənizdə küləyin sürəti 15 – 18 metr saniyədir. Axşama doğru küləyin sürətinin azalaraq 11 – 12 metr saniyə olacağı bildirilir.
Sputnik

BAKI, 22 sentyabr — Sputnik. Azərbaycanın ərazi sularında gəmilərin hərəkətinə, limanlara giriş çıxışına icazə verilib.

Dövlət Dəniz Agentliyinin Mətbuat Xidmətindən Sputnik Azərbaycan-a verilən məlumata görə, bu gün səhər saat 8 dən etibarən Dövlət Dəniz Agentliyinin Milli Mərkəzi tərəfindən Azərbaycanın ərazi sularında Azərbaycan və xarici bayraq altında üzən gəmilərin hərəkətinə, limanlara giriş çıxışına icazə verilib.

Bildirilir ki, hazırda dənizdə küləyin sürəti 15 – 18 metr saniyədir. Axşama doğru küləyin sürətinin azalaraq 11 – 12 metr saniyə olacağı bildirilir. Dənizdə dalğanın hündürlüyü 1,5 – 2 metr arasındadır. Güclü külək ərəfəsində isə dənizdə heç bir problem yaşanmayıb.