“Son zamanlar neftin qiymətinin artması ciddi problem deyil”. Bu sözləri ABŞ prezidenti Donald Tramp jurnalistlərə açıqlamasında deyib.
İqtisadçı ekspert Fuad İbrahimov Sputnik Azərbaycan-a deyir ki, istənilən siyasi və ya hərbi proseslər neftin qiymətinə təsir edə bilir: “Ancaq neft bazarında qiymət dəyişiklikləri əsasən institusional əsaslara söykənir. Ola bilər ki, hansısa hərbi münaqişə baş versin, ancaq qiymətlər qaxmaq əvəzinə, aşağı düşsün. Yəni, neft bazarındakı vəziyyət hər zaman proqnozlaşdırılan kimi davam etmir. Ona görə də, bazarda qiymət formalaşma prosesinə nəzarət edilməlidir”.
Qeyd edək ki, neftin qiyməti kəskin bahalaşıb. "Brent" markalı neftin noyabr fyuçerslərinin qiyməti 14.6% faiz yüksəlib.
Ekspertin geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz