HADİSƏ

Traktor iki kəndi işıqsız qoyub

Gecə saatlarında Qaradəmirçi və Ağalı kəndlərinə işığın verilməsi məhdudlaşdırılır. Gecə saat 12-dən etibarən səhər saat 5-ə qədər enerjinin verilməsi dayandırılır
Sputnik

Musa Muradlı, Sputnik Azərbaycan

BAKI, 21 sentyabr — Sputnik. Dünən axşam saatlarında Bərdə rayonunun Ağalı kəndi ərazisində qəza baş verib. Kənd sakininin idarə etdiyi traktor elektrik dirəyinə çırpılıb.

Bakının bəzi ərazilərində işıq olmayacaq

Sputnik Azərbaycan-ın bölgə müxbirinin verdiyi xəbərə görə, traktor sürücüsü hər hansı bir xəsarət almayıb. Amma elektrik dirəyinin aşması nəticəsində Ağalı və qonşu Qaradəmirçi kəndi işıqsız qalıb.

Təxminən iki saat sonra Qaradəmirçi kəndində transformatordan ayırma üsulu ilə enerji bərpa edilsə də, Ağalı kəndində işığın yandırılması xeyli vaxt çəkib.

Məlumatda bildirilir ki, gecə saatlarında Qaradəmirçi və Ağalı kəndlərinə işığın verilməsi məhdudlaşdırılır. Gecə saat 12-dən etibarən səhər saat 5-ə qədər enerjinin verilməsi dayandırılır.