İQTİSADİYYAT

Orxan Məmmədov KOB-lar üçün nəzərdə tutulmuş imtiyaz və güzəştləri açıqladı

Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) idarə heyətinin sədri Orxan Məmmədov deyir ki, daxili bazar araşdırmalarına dəstək mexanizmi KOB-ların investisiya fəaliyyətini stimullaşdıracaq
Sputnik

“Bu yaxınlarda KOB-lara dəstək məqsədilə daha bir mexanizm işə salınıb. Həmin dəstək mexanizmindən mikro, kiçik və orta sahibkarlıq subyektləri yararlanacaq”.

Sputnik Azərbaycan xəbər verir ki, bu sözləri Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) idarə heyətinin sədri Orxan Məmmədov sentyabrın 19-da keçirilən IX Beynəlxalq “Caspian Energy Forum Baku – 2019”da deyib.

“Daxili bazar araşdırmasının aparılmasına görə ödəniləcək dəstək məbləği 20 min manatadək olacaq. Hesab edirik ki, daxili bazar araşdırmalarına dəstək mexanizmi KOB-ların investisiya fəaliyyətini stimullaşdıracaq və onların biznes ideyalarının reallaşdırılmasına mühüm töhfə verəcək. Yeni investisiya təşviq mexanizmlərinin tətbiqi istiqamətində də işlər davam edir və yaxın dövrdə KOB-lar bu imkanlardan geniş istifadə edəcək. Agentliyin təşəbbüsü ilə Vergi Məcəlləsinə edilmiş son dəyişikliklərdə KOB-lar və startaplar üçün yeni imtiyaz və güzəştlər nəzərdə tutulub. Bir müddət əvvəl isə KOB klaster şirkətinin və KOB klaster iştirakçılarının meyarları təsdiq olunub. Bu mexanizmin tətbiqi ilə müvafiq fəaliyyət istiqamətləri üzrə yaradılacaq KOB klaster şirkətləri 7 il müddətinə vergisiz fəaliyyət göstərəcək və ciddi imtiyazlardan istifadə edə biləcək. Bundan başqa, KOBİA tərəfindən startaplara veriləcək şəhadətnamə onları 3 il müddətinə gəlir və ya mənfəət vergisindən azad edəcək”.

Orxan Məmmədovun fikirlərinə audiofaylda qulaq asa bilərsiniz