SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

İlham Əliyev deputatı ali ordenlə təltif etdi

Sabah N.Cəfərovun 60 yaşı tamam olur. O, 1959-cu ilin sentyabrın 21-də Ağstafa rayonunun Zəlimxan kəndində anadan olub
Sputnik

BAKI, 21 sentyabr — Sputnik. Prezident İlham Əliyev Azərbaycan Atatürk Mərkəzinin direktoru, Milli Məclisin deputatı, akademik Nizami Cəfərovun “Şöhrət” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.

İlham Əliyev deputatı ali ordenlə təltif etdi

Sputnik Azərbaycan xəbər verir ki, sərəncama əsasən, Azərbaycan Respublikasının ictimai-siyasi həyatında fəal iştirakına və elmin inkişafında xidmətlərinə görə Nizami Qulu oğlu Cəfərov “Şöhrət” ordeni ilə təltif edilib.

Qeyd edək ki, sabah N.Cəfərovun 60 yaşı tamam olur. O, 1959-cu ilin sentyabrın 21-də Ağstafa rayonunun Zəlimxan kəndində anadan olub.