Türkiyədə azərbaycanlı qadınlar saxlanıldı

Fahişəliyə məcbur edildiyi iddia edilən qadınlar sosial şəbəkələrdən elan verərək, danışdıqları şəxslərlə evdə görüşdüklərini etiraf ediblər
Sputnik

BAKI, 21 sentyabr - Sputnik. Türkiyədə iki azərbaycanlı qadın saxlanılıb.

Sputnik Azərbaycan Türkiyə mətbuatına istinadla xəbər verir ki, İzmit şəhərində əxlaqsızlıqla mübarizə istiqamətində əməliyyat keçirilib.

Əməliyyat zamanı fahişəliyə vasitəçilik etdiyi iddia edilən 31 yaşlı M. S. və 47 yaşlı H. A. saxlanılıb. Əməliyyat zamanı fahişəliyə məcbur edildiyi iddia edilən iki azərbaycanlı qadın da saxlanılıb.

Fahişəliyə məcbur edildiyi iddia edilən qadınlar sosial şəbəkələrdən elan verərək, danışdıqları şəxslərlə  evdə görüşdüklərini etiraf ediblər.  Azərbaycanlı qadınlar izahat verdikdən sonra azad buraxılıb. M.S. və H.A isə həbs edilib.