BAKI, 20 sentyabr — Sputnik. Azərbaycanlı müğənnilər Sevil və Sevinc bacıları dahi Müslüm Maqomayevin repertuarına müraciət ediblər. Sputnik Azərbaycan xəbər verir ki, bacılar ölməz sənətkarın "Sinyaya veçnost" ("Синяя вечность") mahnısını ifa ediblər.
Öz "Instagram" hesablarında paylaşım edən müğənnilər videoya "böyük sevgiylə hazırladığımız "синяя вечность". İnşAllah ki, milli alətlərimizin ahəngiylə siz də bu mahnını, ifanı bəyənərsiniz" fikirlərini əlavə ediblər.
Amma videodan da göründüyü kimi musiqidə milli alətlərdən istifadə edilsə də, ifa heç də uğurlu alınmayıb.
Qeyd edək ki, Sevil və Sevinc bacıları "O Səs Türkiyə" yarışmasının iştirakçısı olublar. Onlar həmçinin "Xəzər" TV-də yayımlanan "Hər şey daxil" verilişinin aparıcıları kimi fəaliyyət göstəriblər.