CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

DİN Sumqayıtdakı qəza ilə bağlı rəsmi məlumat yaydı

Sentyabrın 19-da Sumqayıt şəhərinin Yeni Yaşma qəsəbəsi ərazisində Bakı şəhər sakinləri A.Rzayevin idarə etdiyi "Hyundai" və Fuad Musazadənin idarə etdiyi "Mercedes" markalı avtomobillər toqquşub
Sputnik

BAKI, 20 sentyabr — Sputnik. Daxili İşlər Nazirliyi Sumqayıtda "Atəşgah" sığorta şirkətinin avtomobilinin qəzaya düşməsi ilə bağlı rəsmi məlumat yayıb.

Sputnik Azərbaycan xəbər verir ki, sentyabrın 19-da saat 15 radələrində Sumqayıt şəhərinin Yeni Yaşma qəsəbəsi ərazisində Bakı şəhər sakinləri A.Rzayevin idarə etdiyi "Hyundai" və Fuad Musazadənin idarə etdiyi "Mercedes" markalı avtomobillər toqquşub. Nəticədə F.Musazadə və A.Rzayevin sərnişini, həmyerlisi Kamran Atayev hadisə yerində ölüb, özü isə xəstəxanaya yerləşdirilib.

Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.