ABŞ Rusiyanın hipersəs sürətli silahları qarşısında gücsüzdür

Pentaqon rəqiblərinə çatmaq üçün 2019-cu ildə hipersəs sürətinə malik silahların hazırlanmasına 2 milyard ABŞ dollarından çox vəsait ayırıb
Sputnik

BAKI, 20 sentyabr — Sputnik. Amerikalı ekspertlər bəyan ediblər ki, ABŞ hipersəs sürətinə malik silahlanma sahəsində Rusiya və Çindən əhəmiyyətli dərəcədə geri qalır. Bu barədə Sputnik Azərbaycan "The National Interest" nəşrinə istinadən xəbər verir.

Yaxın Şərqdə yeni müharibə başlayacaqmı - politoloq şərhi

Ekspertlərin sözlərinə görə, hazırda Birləşmiş Ştatlara məxsus hava hücumundan müdafiə sistemləri bu növ raketlərlə hücumun qarşısını almaq iqtidarında deyil.

Onlar vurğulayıblar ki, Pentaqon rəqiblərinə çatmaq üçün 2019-cu ildə hipersəs sürətinə malik silahların hazırlanmasına 2 milyard ABŞ dollarından çox vəsait ayırıb.

Lakin ekspertlər qeyd edirlər ki, Pentaqon müdafiə deyil, yalnız hücum silahlarının hazırlanmasında diqqəti cəmləşdirib.

Sonda mütəxəssislər vurğulayıblar ki, ABŞ rəhbərliyi uğura nail olmaq istəyirsə, Pentaqonun və hava hücumundan müdafiə sistemlərinin yaradılması prosesinə nəzarət etməlidir.