Tramp İran Milli Bankına sanksiya tətbiq etdi və müharibədən danışdı

İranın ən iri maliyyə təsisatı olan, ölkədə 3 min şöbəyə malik Milli Bankın aktivləri 2016-cı ildə 80 milyard dollar məbləğində dəyərləndirilirdi
Sputnik

BAKI, 20 sentyabr — Sputnik. ABŞ İranın Milli Bankına sanksiya tətbiq edib.

Kəskinləşmə qaçılmazdır: Rusiya güclü İran istəyir, lakin dominant olmasını istəmir

Sputnik Azərbaycan-ın RİA Novosti-yə istinadla verdiyi xəbərə görə, bu barədə ABŞ Prezidenti Donald Tramp Ağ Evdə jurnalistlərə açıqlamasında bildirib. O, bu sanksiyanın İrana indiyədək tətbiq olunan ən sərt məhdudlaşdırıcı tədbir olduğunu diqqətə çatdırıb.

Jurnalistlərin İrana qarşı mümkün hərbi əməliyyatlar barədə sualını cavablandıran ABŞ prezidenti “həmişə hazırıq” deyib.

ABŞ-ın maliyyə naziri Stiven Mnuçin Milli Bankın İran hökuməti üçün son vəsait mənbəyi olduğunu qeyd edib.

Qeyd edək ki, İranın ən iri maliyyə təsisatı olan, ölkədə 3 min şöbəyə malik Milli Bankın aktivləri 2016-cı ildə 80 milyard dollar məbləğində dəyərləndirilirdi.