HADİSƏ

İsmayıllıda festivalda kütləvi zəhərlənmə - Araşdırma başlayıb

Hadisə ötən gün axşam saatlarında İsmayıllının Talıstan kəndində keçirilən “Kartof Festivalı”nda qeydə alınıb
Sputnik

BAKI, 19 sentyabr — Sputnik. İsmayıllı Mərkəzi Rayon Xəstəxanasına zəhərlənmə ehtimalı ilə 7 nəfər (3 kişi, 4 qadın) müraciət edib. Səhiyyə Nazirliyindən Sputnik Azərbaycan-a verilən məlumata görə, müraciət edənlərə tibbi yardım göstərildikdən sonra evlərinə buraxılacaqlar.

Şəkidə kütləvi zəhərlənmə ilə bağlı cinayət işi açıldı

Bu barədə isə xəstəxananın baş həkimi Aydın Əsədov bildirib. Hadisə barədə polis və Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinə məlumat verilib.

İsmayıllıda 7 nəfərin qida zəhərlənməsi ehtimalı ilə bağlı Səhiyyə Nazirliyindən daxil olan məlumat əsasında Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) mütəxəssislərindən ibarət işçi qrupu yaradılıb və hadisənin baş vermə səbəblərinin müəyyənləşdirilməsi istiqamətində araşdırmalara başlanılıb. Aparılan araşdırmaların nəticələri ilə bağlı ətraflı məlumat veriləcək.

Qeyd edək ki, hadisə ötən gün axşam saatlarında İsmayıllının Talıstan kəndində keçirilən “Kartof Festivalı”nda qeydə alınıb.