Türkiyədə qatar qəzası, ölənlər var

Hadisə yerinə xilasedicilər cəlb olunublar. Qəzanın nəticələrinin aradan qaldırılması istiqamətində işlər aparılır
Sputnik

BAKI, 19 sentyabr — Sputnik. Türkiyədə yüksək sürətli qatar xəttini yoxlamaq məqsədilə xəttə buraxılan yoxlama qatarı qəzaya uğrayıb. Bu barədə Sputnik Azərbaycan "Sözcü"-yə istinadən xəbər verir.

Məlumata əsasən, yoxlama qatarı Bilecik yaxınlığındakı körpüdə reysdən çıxaraq divara dəyib.

Hadisə nəticəsində iki maşinist ölüb. Hadisə yerinə xilasedicilər cəlb olunublar. Qəzanın nəticələrinin aradan qaldırılması istiqamətində işlər aparılır.