BAKI, 19 sentyabr — Sputnik. Birləşmiş Ştatlar beynəlxalq koalisiya yaratmaq niyyəti ilə, həmçinin artıq bu ilin noyabrından İran yaxınlığında sularda patrulun həyata keçirilməsi üçün 55 gəmi cəlb etmək niyyətindədir. Sputnik Azərbaycan "RİA Novosti"-yə istinadən xəbər verir ki, bu barədə Yaponiyanın "Kiodo" nəşri məlumat yayıb.
Agentlik bildirib ki, ABŞ problemlə üzləşib. Çünki Hörmüz boğazında "Operation Sentinel" adlı koalisiyada iştirak etməyə cəmi dörd ölkə - Böyük Britaniya, Avtsraliya, Bəhreyn və Səudiyyə Ərəbistanı razılıq verib.
Məlumata əsasən, plan bu həftənin əvvəli Bəhreyndə 28 ölkənin nümayəndəsinə təqdim olunub.