Bu gün Sputnik Azərbaycan Multimedia Mətbuat Mərkəzində keçirilən mətbuat konfransı “Əsrin müqaviləsi”nin geosiyasi və geoiqtisadi əhəmiyyətinə həsr edilib. Qərbi Kaspi Universitetinin professoru, keçmiş diplomat və politoloq Fikrət Sadıxov və UNEC-in "Rus iqtisad məktəbi"nin direktor müavini, professor Elşad Məmmədov mövzunu şərh ediblər.
Hər iki mütəxəssis müqavilənin danılmaz əhəmiyyətini bir daha qeyd edib və onun bəhrələrinin hələ də göründüyünü deyib.