HADİSƏ

Özünü Araza qərq etmək istədi – Övladı ilə birgə

Həmin ərazidə xidmət aparan İmişli Rayon Mühafizə Bölməsinin əməkdaşları tərəfindən bunun qarşısı alınıb
Sputnik

BAKI, 19 sentyabr — Sputnik. Sentyabrın 18-də saat 11 radələrində Araz çayının İmişli rayonu ərazisindən keçən hissəsində rayon sakini olan qadın oğlu ilə birgə özünü çaya atmağa cəhd göstərib.

Sputnik Azərbaycan Daxili İşlər Nazirliyinin məlumatına istinadla xəbər verir ki, həmin ərazidə xidmət aparan İmişli Rayon Mühafizə Bölməsinin əməkdaşları tərəfindən bunun qarşısı alınıb. Onlar İmişli RPŞ-yə təhvil veriliblər.

Araşdırma aparılır.