ABŞ-dan gözlənilməz etiraf: Rusiya ilə müharibəyə hazır deyilik

“Vaşinqton bu növ hərbi əməliyyatlara hazır deyil. Ona görə də biz müxtəlif hərbi əməliyyatlarda kampaniyaların aparılmasına dair planlarımızı yenidən nəzərdən keçiririk”
Sputnik

BAKI, 19 sentyabr — Sputnik. “Birləşmiş Ştatlar Rusiya ilə hibrid müharibəyə hazır deyil və bununla bağlı öz müdafiə və digər qurumlarının modernləşdirilməsinə dair planlarını dəyişmək niyyətindədir”. Sputnik Azərbaycan Pentaqonun rəsmi saytına istinadən xəbər verir ki, bunu qurumun rəhbəri Mark Esper bildirib.

Pentaqon rəhbəri vurğulayıb ki, son illər Moskva "vasitəçi, hibrid hərbi əməliyyatlar və boz zonada hərbi əməliyyatlara" dair bacarıqlarını nümayiş etdirib. Nümunə kimi o, Ukrayna və Krımda baş verənləri misal gətirib, lakin söhbətin nədən getdiyini açıqlamayıb.

Pentaqonun son ümid çırpıntıları: Türkiyəni geri çağırır

Hibrid müharibə - iştirakçıların arxalarında daha böyük oyunçuların olduğu müharibədir – məsələn Koreya və Vyetnam müharibələri.

O, eyni zamanda vurğulayıb ki, Vaşinqton bu növ hərbi əməliyyatlara hazır deyil: "Ona görə də biz müxtəlif hərbi əməliyyatlarda kampaniyaların aparılmasına dair planlarımızı yenidən nəzərdən keçiririk".

Esper qeyd edib ki, boz zonada münaqişələr ABŞ üçün sınaqdır.

Bu arada, Birləşmiş Ştatların Silahlı Qüvvələrinin Baş Qərargahlar Rəislərinin Birləşmiş Komitəsinin sədri Cozef Danford isə NATO-nun son illərdə Rusiya qarşısında hərbi üstünlüyünü itirdiyini bildirib.

O, qeyd edib ki, bloka daxil olan ölkələrin müdafiə nazirləri hesab edirlər ki, Rusiya hərbi sahədə NATO-ya rəqib olan ölkələr siyahısındadır.