CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Qəza baş verdi, iki nəfər dünyasını dəyişdi

Ərazi üzrə Qonaqkənd tibb məntəqəsinin həkimləri yaralıların vəziyyətini kritik kimi qiymətləndiriblər
Sputnik

BAKI, 18 sentyabr — Sputnik. Qubanın Söhüb kəndində avtomobil dərəyə aşıb. İki nəfər aldığı xəsarətlərdən hadisə yerində dünyasını dəyişib.

Səhiyyə Nazirliyindən Sputnik Azərbaycan-a verilən məlumata görə, iki nəfər ağır vəziyyətdə Quba Mərkəzi Rayon Xəstaxanasına aparılıb. Ərazi üzrə Qonaqkənd tibb məntəqəsinin həkimləri yaralıların vəziyyətini kritik kimi qiymətləndiriblər. Təcili Tibbi Yardım briqadalarının həkimləri hər iki yaralının həyatının təhlükə altında olduğunu bildiriblər.