CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Belə ana heç görülmədi: oğluna göndərdiyi "sovqat" şoka saldı

Bakı şəhər sakini Allahverdiyev Yusib Baba oğlu tərəfindən gətirilmiş sovqata baxış keçirilən zaman sarımsaq olan paketin içərisində gizlədilmiş sellofan bükülülərdə 0.275 qram narkotik vasitə - heroin aşkar edilib
Sputnik

BAKI, 18 sentyabr — Sputnik. Penitensiar Xidmətin əməliyyat aparatının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı İstintaq təcridxanasına narkotik keçirilməsi cəhdlərinin qarşısı alınıb. 

Belə ana heç görülmədi: oğluna göndərdiyi "sovqat" şoka saldı

Penitensiar Xidmətdən Sputnik Azərbaycan-a verilən məlumata görə, Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsinə əsasən təqsirli bilinərək həbs edilmiş şəxs Allahverdiyev Ceyhun Yusib oğluna atası Bakı şəhər sakini Allahverdiyev Yusib Baba oğlu tərəfindən gətirilmiş sovqata baxış keçirilən zaman sarımsaq olan paketin içərisində gizlədilmiş sellofan bükülülərdə 0.275 qram narkotik vasitə - heroin aşkar edilib. Faktla bağlı araşdırma aparılır.