İQTİSADİYYAT

Federal Ehtiyat Sistemi baza faiz dərəcəsini azaltdı

Uzun illər ərzində Federal Ehtiyat Sistemi  stavkanı ya olduğu kimi saxlayır, ya da artırırdı. Bu ilin iyul ayında FES 10 il ərzində ilk dəfə olaraq baza faiz dərəcəsini 25 bənd endirmişdi
Sputnik

BAKI, 18 sentyabr — Sputnik. ABŞ-ın Federal Ehtiyat Sistemi (FES) bu il ərzində ikinci dəfə baza faiz dərəcəsini 25 bənd azaldıb.

Sputnik Azərbaycan RİA-Novosti-yə istinadən bildirir ki, faiz dərəcəsi illik 2-2,5%-dən 1,75-2% səviyyəsinə salınıb. Bu qərar bir çox analitiklərin proqnozu ilə üst-üstə düşüb.

İyul ayında FES 10 il ərzində ilk dəfə olaraq baza faiz dərəcəsini 25 bənd endirmişdi. Uzun illər ərzində FES stavkanı ya olduğu kimi saxlayır, ya da artırırdı.