Ermənistanda generallar istefaya göndərilə bilərlər – Aprel döyüşlərinə görə

Tonoyan belə bir variantı istisna etməyib, lakin eyni zamanda araşdırmaların bitməsini də gözləməyi məsləhət görüb
Sputnik

BAKI, 18 sentyabr — Sputnik. Ermənistan müdafiə naziri David Tonoyan parlamentdə istefasına dair yayılan söz-söhbətlərə münasibət bildirib. Sputnik Ermənistan xəbər verir ki, o, bu şayiələrin əsassız olduğunu bildirib. 

Paşinyan Ermənistan müdafiə naziri və polis rəisini də işdən çıxardır
Tonoyan vurğulayıb ki, Baş nazirlə bu məsələyə dair heç bir müzakirə keçirilməyib. O, həmçinin əlavə edib ki, istefalar barədə məsələ Təhlükəsizlik Şurasının iclasında da müzakirə edilməyib.

O, eyni zamanda Qarabağda aprel müharibəsində şəraitin araşdırılmasına dair parlament komissiyasının işindən də razı qaldığını bildirib.

Jurnalistlər ondan araşdırmaların nəticələrinə əsasən Müdafiə Nazirliyindən yüksək rütbəli şəxslərin istefaya göndərilib-göndərilməyəcəyi ilə maraqlanıblar. Tonoyan belə bir variantı istisna etməyib, lakin eyni zamanda araşdırmaların bitməsini də gözləməyi məsləhət görüb.