BAKI, 18 sentyabr - Sputnik. “Bəzən vizual olaraq əlilliyi görünən insanlara əlillik təyin edilmir. Bu məsələnin aidiyyəti qurumla geniş müzakirə olunması vacibdir”.
Sputnik Azərbaycan xəbər verir ki, bunu Milli Məclisin Əmək və sosial siyasət komitəsinin bu gün keçirilən iclasında deputat İlham Məmmədov əlilliyin təyinatı ilə bağlı danışarkən deyib.
Əmək və sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli bildirib ki, Səhiyyə və Əmək və Əhalinin Sosial Müdafiəsi nazirlikləri əlilliyin təyin edilməsinin yeni modeli barədə düşünür: “Yaxşı olar ki, yeni modeli qabaqcadan bilək. Mən də düşünürəm ki, bununla bağlı bir dinləmə təşkil etsək, yaxşı olar”.