BAKI, 18 sentyabr — Sputnik. “Yanvarın 1-dən təqaüddə olan deputatların pensiyaları artacaq”.
Sputnik Azərbaycan xəbər verir ki, bunu Milli Məclisin Əmək və sosial siyasət komitəsinin bu gün keçirilən iclasında komitə sədri Hadi Rəcəbli deyib.
Komitə sədri bildirib ki, deputatların əməkhaqqı artıb, amma təqaüddə olan deputatların pensiyalarında artım, demək olar ki, olmayıb: “Qanuna görə, onlar bu artımı almalıdırlar, amma faktiki bu artım həyata keçməyib. Yanvarın 1-dən təqaüddə olan deputatların pensiyaları artacaq. Bizim əməkhaqqında olan artım onların da pensiyasında özünü göstərəcək”.