CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Binaların damına da pul düşür - Prezident sərəncam verdi

2019-cu il dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin ehtiyat fondundan Bakı Şəhər İcra Hakimiyyətinə pul ayrılıb
Sputnik

BAKI, 18 sentyabr — Sputnik. Prezident İlham Əliyev Bakı şəhərində çoxmənzilli binaların dam örtüklərinin təmiri ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.

Sputnik Azərbaycan xəbər verir ki, sərəncama əsasən, Bakıda 380 çoxmənzilli binanın dam örtüyünün təmiri məqsədilə 2019-cu il dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin ehtiyat fondundan Bakı Şəhər İcra Hakimiyyətinə 10 milyon manat ayrılıb.