RUSİYA

Azərbaycanla sərhəddə terror aktı törətmək istəyən İŞİD-çi tutuldu

Yaraqlı Tarumov rayonunda, meşə massivində gizli yerdən böyük gücə malik əldəqayırma partlayıcı maddəni götürərkən saxlanılıb
Sputnik

BAKI, 18 sentyabr — Sputnik. Rusiya Federal Təhlükəsizlik Xidmətinin (FTX) əməkdaşları Dağıstanda terror aktı törətməyi planlaşdıran İŞİD yaraqlısını saxlayıblar.

ABŞ və Rusiya "casus" iddialarına reaksiya verdilər
Sputnik Azərbaycan "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə Milli Antiterror Mərkəzi məlumat yayıb.

Məlumata əsasən, saxlanılan şəxs 2000-ci il təvəllüdlüdür.

Yaraqlı Tarumov rayonunda, meşə massivində gizli yerdən böyük gücə malik əldəqayırma partlayıcı maddəni götürərkən saxlanılıb.

Qeyd olunur ki, saxlanılan şəxs respublika rəhbərliyi və güc strukturlarına qarşı terror aktı törətməyi planlaşdırıb.