“Azərbaycan-Türkiyə əməkdaşlığı bütün sahələrdə uğurludur”. Sputnik Azərbaycan xəbər verir ki, bu barədə İqtisadiyyat naziri Şahin Mustafayev jurnalistlərə müsahibəsində deyib.
“2018-ci ildə Azərbaycan və Türkiyə arasında ikitətəfli ticarət dövriyyəsinin dəyəri 28% artaraq 3,4 milyard ABŞ dollarını keçib. Bu ilin ötən dövrü ərzində isə iki ölkə arasında ticarət dövriyyəsi illik müqayisədə 33% artıb və 2,3 milyard dollara çatıb. Bunlar çox gözəl göstəricilərdir”.
Nazirin fikirlərinə aduiofaylda qulaq asa bilərsiniz